Gürcüstan: "Ürəyim daş kimidir"
Qadın əmək miqrantları geridə qalan ailələrini saxlamaq üçün illərdir məişət əziyyətinə və tənhalığa dözürlər.
Gürcüstan: "Ürəyim daş kimidir"
Qadın əmək miqrantları geridə qalan ailələrini saxlamaq üçün illərdir məişət əziyyətinə və tənhalığa dözürlər.
İrma Kravişvili qeyri-qanuni mühacir qismində Gürcüstandan Yunanıstana gedərkən dörd günlük səyahəti zamanı həyatını itirə biləcəyindən qorxurdu. Türkiyədən keçərək avtobusa mindikdən sonra o və başqa səkkiz qadın sərnişin (heç birinin vizası yox idi) nəqliyyat vasitəsinin yük hissəsində gizlənməyə məcbur olublar. Yeganə hava yeri kiçik bir ventilyasiya yeri idi; o işləməsəydi, qadınlar bir neçə dəqiqə ərzində öləcəklərini bilirdilər.
İndi 54 yaşlı Kravişvili 2800 avro ödədiyi 2006-cı il səyahəti haqqında danışarkən "Bu, mənimçün şok idi" deyə qeyd edir: “Ölümlə həyatın kənarında idim. Bizə şərtlər barədə məlumat verilməmişdi və Türkiyə sərhədini keçdikdən sonra insanlar üçün deyil, baqaj üçün nəzərdə tutulan bu kiçik, qaranlıq qutuda gizlənməmizi dedikləri zaman bizim üçün pis sürpriz oldu. Ancaq bunun bir miqrant olaraq məni gözləyən çətinliklərin daha balaca qismi olacağını bilmirdim.”
Gürcüstanlı əmək miqrantlarının əksəriyyəti qadınlardır və evdə qalan ailələrini təmin etmək üçün aşağı maaşlı ev işlərində işləyirlər.
“Övladın ac olduğunu görəndə, ana özünü qurban verməsə, əsl ana sayılar?”
Sovet İttifaqının dağılmasından və iki vətəndaş müharibəsindən sonra ölkədəki ifrat yoxsulluq bir çox gürcü qadınlarını Avropada iş axtarmağa vadar etdi. Əksəriyyəti, Kravişvili kimi, təhlükəli qaçaqmalçılıq marşrutları ilə qanuni sənədlər olmadan səyahət edib.
Mari Xaçapuridze 15 il əvvəl Yunanıstana çatmaq üçün öz əziyyətli səyahətini xatırlayır. "Mən qorxunc bir yoldan keçdim, gecə yarısı başqa qadınlarla şişirtmə qayıqlarda dənizi keçdim" - 50 yaşlı qadın qeyd edir. “Asan deyildi, amma problemlər məni məcbur etdi, başqa yolum yox idi, evdə yemək almağa pulumuz yox idi və iki azyaşlı uşağı yedirmək lazım idi. Həyat yoldaşım səhhətinə görə işləyə bilmirdi. Ona görə də getməyə qərar verdim”. "Övladın ac olduğunu görəndə, ana özünü qurban verməsə, əsl ana sayılar?" - deyə əlavə etdi.
Xaçapuridze o vaxtdan Gürcüstana qayıtmayıb və Gürcüstanın Aİ ilə viza rejiminin liberallaşdırılmasından sonra iki oğlu ilə yalnız bir dəfə görüşə bilib.
Gürcüstanda 2014-cü ildə aparılan ən son siyahıyaalmaya əsasən, əmək miqrantlarının 55%-i qadınlardır, Yunanıstan isə ən çox ziyarət edilən ölkələrdən biridir. Əksəriyyəti ailələrdə dayə və ya xadimə kimi işləyir, ev təmizləmə və yemək bişirməklə məşğuldurlar. Yerli dili bilməmələri onların daha yaxşı iş yerləri əldə etmələrinə mane olur. Onlar adətən işlədikləri evdə yaşamaqlar və ya bir neçə miqrantla birlikdə bir mənzili kirayə götürməklə xərclərinə qənaət edirlər. Ölkədə qalmaq və işləmək hüququ olmadıqları üçün məşğulluq əsasən qeyri-leqal olur və buna görə də Avropa standartlarından aşağı maaş alırlar. Ancaq hətta bu pul Gürcüstanda asanlıqla qazana biləcəyindən xeyli çox məbləğdir.
"Getməkdən başqa çarəm yox idi" - Kravişvili deyir. “Bizim çoxlu borcumuz, ipotekada evimiz və mənim dəstəyimə ehtiyacı olan, təhsil alan 2 qızım var. Mən əvvəllər heç xaricə getməmişdim, məni nə gözləyəcəyimi bilmirdim”.
Emosional Çətinliklər
İşsizliyin 20%-dən çox olduğu ölkədə bir çox ailələr xaricdə yaşayan və işləyən qohumlarının gəlirindən asılıdır.
11 ildən çox Gürcüstanı tərk edən 38 yaşlı Sofiko Mjavanadze "Anam Yunanıstanda yaşayırdı və o, gəlməyi tövsiyə etdi" deyə qeyd edir. “17 yaşım olanda ailə qurdum. Mən Qərbi Gürcüstanda, kiçik bir kənddə yaşayırdım. İki oğlumu böyütməklə məşğul idim, amma şəhərdə mənzil sahibi olmaq mənim arzum idi. Övladlarıma daha yaxşı həyat bəxş etmək üçün onları tərk etdim və yadların uşaqlarını böyütmək üçün Yunanıstana gəldim”.
Dünya Bankının məlumatına görə, şəxsi hesaba pul köçürmələri ildən-ilə durmadan artıb və 2020-ci ildə Gürcüstanın ümumi ÜDM-nin 13,3%-ni təşkil edib. Burada yalnız rəsmi köçürmə kanalları vasitəsilə göndərilən pul köçürmələrini nəzərə alınır, lakin tanışlar vasitəsiylə göndərilən və ya mühacirlərin səfərlər zamanı şəxsən gətirdikləri pulları nəzərə qeyd edilmir. Pul köçürmələrinin faktiki payının daha çox olduğu təxmin edilir.
Tinatin Zurabişvili sosial, iqtisadi və siyasi tendensiyalar haqqında məlumatların toplanması və təhlili ilə məşğul olan CRRC-Georgia QHT-nin tədqiqat direktorudur. O, əksər hallarda qadın mühacirətinin sosial səbəblərini qadının geridə buraxdığı ailə üzvləri ilə bağlı olduğunu söyləyir. “Qadınlar getdikdən sonra bu, istər-istəməz ailələrindəki rolların bölünməsinə təsir göstərir” - deyə qeyd edir. “Gürcüstanda kişilər ev işlərini üzərlərinə götürməyə o qədər də həvəsli deyillər. Mümkün olduqca, mühacir qadınların anaları və ya qayınanaları ev işlərində kömək edirlər.
“Bizim bununla bağlı təfərrüatlı və təqdim edə biləcəyimiz araşdırma məlumatlarımız yoxdur, lakin keyfiyyət göstəriciləri ilə təsdiqlənən sübutlar var ki, miqrant anaların böyük qızları çox vaxt ev işlərini öz öhdələrinə götürməklə yanaşı kiçik bacı- qardaşlarına da baxırlar”. Zurabişvili əlavə olaraq qeyd edir ki: “Tarixən qadınlar ikinci dərəcəli miqrantlar kimi müstəqil iqtisadi aktyorlar olmurlar, kişi qohumlarının ardınca gedirlər. Bu tendensiya dəyişib. Qərb ölkələrində açıq şəkildə insan əməyinə tələbatda qadın miqrantlara üstünlük verilir, ona görə də strateji olaraq Gürcüstan ailələrində mühacirət üçün kişilərdən çox qadınlara uyğun görülürdülər” - deyə Zurabişvili yekunlaşdırıb.
Bir çox qadın xaricdə cəmi bir neçə il işləyəcəyini planlaşdırır, amma həqiqətdə çox az qadın tez bir zamanda qayıdır. "Həmişə yeni ehtiyaclar və yeni problemlər var" Xaçapuridze qeyd edir. “Yeddi və səkkiz yaşlı oğullarımı tərk etdim və indi onlar tələbədirlər və mənim köməyimə daha çox ehtiyacları var. Ona görə də geri qayıtmaq fikrinə hələ çox var".
Mjavanadze indi onun gələcəyinin Yunanıstanda olduğunu qəbul edir. "Oğullarıma dəstək ola bildiyim müddətcə burada qalacağam və onlar mənim yaşadığım həyatı yaşamayacaqlar" - deyir və məqsədinin övladlarının "Gürcüstanda yaşamağa davam edə bilmələri və mənim kimi kölə olmamaları üçün keyfiyyətli bir həyat sürməsini təmin etmək olduğunu" söyləyir. Ancaq uzun müddət evdən və ailədən uzaq olmağınən öz emosional nəticələri olduğunu da qeyd edir.
Yunanıstana gəldikdən iki ay sonra Kravişvili ərinin qəfil ölümündən xəbər tutub. Burada qəpiksiz, sənədsiz miqrant kimi o, geri qayıda bilməyib. “Bu mənim həyatımın ən böyük kədəridir. Həyat yoldaşımı son səfərində müşayiət edə bilmədim” - deyə qeyd edib. "İndi də onun ölümündə özümü günahlandırıram, inanıram ki, Gürcüstanda olsaydım, bəlkə də onun həyatını xilas edə bilərdim, bəlkə də hər şey başqa cür olacaqdı, amma kim deyə bilər ki?"
Eynilə Xaçapuridze də Gürcüstanı tərk etdikdən sonra dünyasını dəyişən qardaşı və anasının dəfn mərasimində iştirak edə bilməyib. "Bütün bu faciələr ürəyimi daş kimi edib. Artıq emosiyaları hiss edə bilmirəm." - söyləyir.